az
Bütün xəbərlər

Oktyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində “Etno hip-hop” adlı konsert proqramı təqdim olunacaq

22-10-2018, 12:41
Oktyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində “Etno hip-hop” adlı konsert proqramı təqdim olunacaq


Musiqili gecədə xalq mahnıları, klassik, etno caz, hip-hop janrlarının sintezindən ibarət kompozisiyalar səslənəcək.

Konsertdə gənc musiqiçi, bəstəkar İsmayıl Zülfüqarov öz bəstələdiyi, o cümlədən, məşhur klassik musiqiləri üç fərqli alətdə (tar, ud, gitara) ifa edəcək.

Tədbirin iştirakçıları musiqi sahəsində göstərdiyi fəaliyyətlərə görə xüsusi adlara layiq görülən, prezident təqaüdçüləri və bir çox müsabiqələrin qalibləri olan gənclərdir.

Konsertdə iştirak sərbəstdir.

baku-art.az
Oxunma sayı : 267