az
Bütün xəbərlər

“Müasir Müstəqillik” adı altında tədbir keçirilib

19-10-2018, 11:18
“Müasir  Müstəqillik” adı altında tədbir keçirilib


Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nəsimi rayon MKS-nin 2 saylı filialı 54 saylı tam orta məktəblə birgə “Müasir Müstəqillik” adlı tədbir keçirib.

Tədbir 18 oktyabr - Dövlət Müstəqilliyi gününə həsr olunub.

İlk öncə məktəbin direktoru tədbiri açıq elan edərək, gələn qonaqları salamlayıb və mövzu ilə əlaqədar məlumat verib.Bildirib ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.

Daha sonra məktəbin şagirdləri Müstəqillik Günü ilə bağlı şeirlər söyləyiblər və mahnılar ifa ediblər.

baku-art.az

“Müasir  Müstəqillik” adı altında tədbir keçirilib

“Müasir  Müstəqillik” adı altında tədbir keçirilib
Oxunma sayı : 102