az
Bütün xəbərlər

Xəzər rayon MKS-nin 7 saylı filialında dəyirmi masa keçirilib

15-10-2018, 11:24
Xəzər rayon MKS-nin 7 saylı filialında dəyirmi masa keçirilib


Oktyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 7 saylı filialında Xalq şairi Məmməd Arazın 85 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib.

Tədbirdə kitabxana əməkdaşları və Xəzər rayon Mərdəkan qəsəbəsində yerləşən 123 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri iştirak ediblər.

İlk öncə filial müdiri L.Sadıxova qonaqları salamlayaraq şairin həyat və yaradıcılığı barədə məlumat verib.

Sonra məktəbin dil və ədəbiyyat müəllimi G.Dadaşova çıxış edərək Məmməd Arazın sənət dünyasında vətən müqəddəsliyi, xalq məhəbbəti, el həqiqətləri bədii yaradıcılığından danışıb.

Sonda məktəblilər şairin yaradıcılığından parçalar söyləyiblər.

baku-art.az

Xəzər rayon MKS-nin 7 saylı filialında dəyirmi masa keçirilib

Xəzər rayon MKS-nin 7 saylı filialında dəyirmi masa keçirilib
Oxunma sayı : 131