az
Bütün xəbərlər

Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir təşkil olunub

16-02-2018, 14:31
 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir təşkil olunub


Fevralın 15-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan kinosunun –120 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin əməkdaşı Z.Əzimova Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 yanvar 2018-ci il tarixdə “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncam haqqında danışıb.

Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçmiş dövrdən, Azərbaycan kinosu tarixində xüsusi yer tutan ekran əsərləri haqqında geniş məlumat verib.

Daha sonra tədbir iştirakçıları Azərbayanın əvəz olunmaz atyorları, filmləri haqqında maraqlı məqamlardan danışıblar.

Tədbirin sonunda Azərbaycan filmlərindən fraqmentlər izlənilib.

baku-art.az

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir təşkil olunub

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir təşkil olunub

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir təşkil olunub

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir təşkil olunub

 Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir təşkil olunub
Oxunma sayı : 338