az
Bütün xəbərlər

“İçərişəhər” və “Qala” qoruqlarında “açıq qapı” günü

17-04-2017, 17:50
“İçərişəhər” və “Qala” qoruqlarında “açıq qapı” günü

18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir.

İdarənin mətbuat xidmətindən bildirilib ki, aprelin 18-də Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi “Müqəddəs əmanətlər” ekspozisiyası, habelə “Qala” qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Əntiq Əşyalar Muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər. Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, aprelin 18-i dünyada Beynəlxalq abidələr və tarixi yerlər günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

baku-art.az

“İçərişəhər” və “Qala” qoruqlarında “açıq qapı” günü

“İçərişəhər” və “Qala” qoruqlarında “açıq qapı” günü
Oxunma sayı : 335