XƏBƏRLƏR
MƏLUMAT
Zərərli vərdişlər haqqında interaktiv təlim keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
08/06/2022 01:49

Təkcə narkomaniya deyil, zərərli vərdişlər haqqında interaktiv təlim keçiriləcək. Azərbaycanda ilk dəfə olaraq insan əhvalının mərhələləri haqqında danışılacaq və uşaqlarla birlikdə “İnsan əhvalının mərhələləri şkalası” hazırlanacaq.

"Bədənimiz və biz", "Beynimiz ən mükəmməl kompüterdir", "Qarabasma nə deməkdir" və s. kimi mövzuları əhatə edəcək söhbət auditoriyanın aktivliyindən asılı olaraq 45-60 dəqiqə davam edəcək.

Bu təlimi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti İntiqam Soltan aparacaq. 

Gənclər arasında zərərli vərdişlərə qarşı mübarizə aparmaq üçün keçiriləcək təlimlər İntiqam Soltanın şəxsi təşəbbüsüdür.

Artıq 285 nömrəli tam orta məktəbdə bu təlim keçirilib və maraqla qarşılanıb.

Baxış sayı: 522