XƏBƏRLƏR
MƏLUMAT
"XOCALIDAN XOCALIYA!.." Xocalı faciəsi Bakı Uşaq və Gənclər Teatrının gözü ilə
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2021 02:08

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Xocalı faciəsinə həsr olunmuş qısametrajlı film çəkib. Filmdə Xocalı faciəsini yaşayan ananın məhz bir gecədə 30-40 il yaşlanaraq övladını və özünü vətənə qurban verməsi əks olunub. 29 il əvvəl Xocalıdan ananın götürdüyü bayrağın qalib ordumuz tərəfindən yenidən Xocalıda dalğalanmağı təsvir olunub.

Filmdə ananın bayrağı ötürə bildiyi əsgər ll Qarabağ Müharibəsinin iştirakçısı, Ali Baş Komandanımız İlham Əliyevin Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş, teatrımızın aktyoru Röyal Allahverdiyevdir. Ana obrazında - İlhamə Əhmədova, Sovqat Səmədova, Flora Hüseynova və Zeynəb Kəngərli çəkilib.

Filmin ssenarisi Respublikanın Əməkdar artisti İntiqam Soltana məxsusdur. Quruluşçu rejissor İntiqam Soltan, rejissor Rauf Hüseynli, bəstəkar Mahir İbrahimlidir.

Film Bakı şəhərində, Qusar və Xaçmaz rayonlarından lentə alınıb. Filmdə İkinci Qarabağ müharibəsinin döyüş kadrlarından istifadə olunub.

Baxış sayı: 478