XƏBƏRLƏR
MƏLUMAT
“Cənnətə bilet” tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində nümayiş olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
06/07/2022 05:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı iyulun 13-də tamaşaçıları “Cənnətə bilet” tamaşasına baxmağa dəvət edir.

Torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə həsr olunmuş tamaşanın ssenari müəllifi və rejissoru İlhamə Əhmədova, quruluşçu rəssam Sevda Məmmədova, musiqi tərtibatı Rauf Hüseynli, dekor müəllifi Ceyhun Həşimovdur.

Səhnə əsərində teatrın aktyorlarından Qurban Əhmədov, Mehman Piriyev, Flora Hüseynova, Gülnar Əlizadə, Toğrul İsabəyli, Əli Babayev çıxış edir.

Tamaşa iyulun 13-ü saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrda nümayiş olunacaq.

Baxış sayı: 445