XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq Teatrı yeni mövsümə “Sehirli Tütək” tamaşası ilə start verəcək
ÜMÜMİ XƏBƏRLƏR
17/09/2019 05:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı  21 sentyabrda  yeni mövsümə start verəcək.  Açılışda  teatrın repertuarında yeni olan “Sehrli Tütək” tamaşası nümayiş olunacaq.

Azərbaycan xalq nağılı əsasında Maarif Məmmədovun ssenariləşdirdiyi, İntiqam Soltanın quruluşunda hazırlanan tamaşada  rolları  Rauf  Hüseynli, Mehman Piriyev,  Tofiq İsgəndərli, Natiq Fərzəliyev, Ədalət Ağaverdizadə, Könül Şahbazova, Gülər Ləzgiyeva, Qurban Əhmədov,  Turə Qasımlı, Gülnarə Abbasova,  Emin Balayev,  Nərminə Məhərrəmova  ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkar Mahir İbrahimlidir. Tamaşanın müddəti 1 saatdır.

Açılış mərasimi  21 sentyabr, saat 12:00-da teatrın Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında keçiriləcək.

Əziz teatrsevərlər, Sizləri teatr bayramımıza dəvət edirik!

Baxış sayı: 20146