Azərbaycana məxsus müəllif əsərlərinin və folklorun ermənilər tərəfindən oğurlanaraq mənimsənilməsi halları davam etməkdədir. Növbəti belə hal sözləri və musiqisi tanınmış Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ" (“Anadır arzulara hər zaman Qarabağ”) adlı əsərin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə ifa edilərək “Sirun jan” adı altında, videonun təsvirində “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilməsidir. Üzeyir Hacıbəyovun əsərlərinin ermənilər tərəfindən mənimsənilməsi ilə əlaqədar olduğu kimi, bu plagiat da haqlı olaraq Azərbaycan cəmiyyətində geniş rezonans doğurmuşdur və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 9 iyul 2024-cü il tarixində buna dair geniş şərh vermişdir.
Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi aşağıdakıları bəyan edir:
- Sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” əsəri (“Əsər”) 20-ci əsrdə yaradılmış və ilk dəfə Azərbaycanın xalq artisti Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmişdir.
- Əsər 2 iyun 1972-ci il tarixində SSRİ qanunvericiliyinə uyğun olaraq Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi olan Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Şöbəsində qeydə alınmışdır. 1998-ci ildə dünyasını dəyişmiş Bəhram Nəsibovun vərəsələri onun mahnı janrında yazılmış bir çox əsərlərini, o cümlədən Əsəri 14 iyul 2004-cü il tarixində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi) dövlət qeydiyyatından keçirmiş, onlara Agentlik tərəfindən Əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilmişdir.
- Əsər Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir, dəfələrlə Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdə kütləvi ifa edilmiş, həmin kütləvi ifaların çoxlu sayda video və audio yazıları mövcuddur.
- Əsərin Azərbaycanda dövlət qeydiyyatı sənədləri, müxtəlif daşıyıcılarda olan nüsxələri və kütləvi ifaları zamanı Bəhram Nəsibovun müəllifliyinə aid əsər kimi tanınması Bəhram Nəsibovun Əsərin yeganə müəllifi olmasının sübutudur.
- Əsərdən istifadə Bəhram Nəsibovun vərəsələrinin razılığı ilə və həmin razılıqda qeyd edilən həcmdə, onun müəllifliyi qeyd edilməklə mümkündür. “Sirun jan” adlı “Youtube” videosunun təsviri hissəsindən və məzmunundan göründüyü kimi, Bəhram Nəsibov müəllif kimi qeyd edilməyib, əksinə, qanunsuz ifa edilmiş Əsər “erməni xalq mahnısı” olaraq “Youtube” platformasına yerləşdirilmişdir.
- Əsərin qeydiyyat sənədlərindən və kütləvi ifa tarixçəsindən çıxış edərək, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu halı birmənalı olaraq Əsərin tərkib hissəsi olan musiqinin plagiatı kimi qiymətləndirir.
- Plagiatın əlavə sübutu olaraq həm Əsər (bir neçə fərqli ifada), həm “Sirun jan” videosu oxşarlığın müəyyən edilməsi məqsədilə Əqli Mülkiyyət Agentliyinin ekspertlərinə təqdim edilmişdir. Ekspert qismində Azərbaycan Respublikasının xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov çıxış etmiş və apardıqları araşdırmanın nəticəsi olaraq müəyyən etmişlər ki, erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnının musiqisi Bəhram Nəsibovun muğamın çahargah ladında yazdığı “Qarabağ” əsərinin musiqisi ilə tam üst-üstə düşür, eynidir. Bundan əlavə, əsərin orijinal “Qarabağ” adı “Sirun jan” adına, “Anadır arzulara hər zaman Qarabağ” cümlələri də daxil olan Azərbaycan dilindəki mətni isə erməni dilində yeni mətnə dəyişdirilərək, Əsər təhrif edilmişdir.
- Beləliklə, Əsər təhrif edilməyə məruz qalmış, Əsərin tərkib hissəsi olan musiqi barəsində plagiatçılıq törədilmişdir. Bununla da, ifaçı Gor Yepremyan və Əsərin qanunsuz ifasında, həmin ifanın lentə alınıb İnternetdə yerləşdiirlməsində iştirak etmiş şəxslər Bəhram Nəsibovun şəxsi müəlliflik hüquqlarını və onun varislərinin əmlak hüquqlarını pozmuşdur. Müəlliflik hüququnun qeyd edilən pozulması halı ilk növbədə pozuntunu törətmiş Gor Yepremyanın və digər şəxslərin hüquqi məsuliyyətini yaratmışdır.
- Qeyd edilən pozuntu faktını araşdırmadıqda və aradan qaldırmadıqda, Ermənistan Respublikasının üzvü olduğu “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının 5-ci maddəsində təsbit edilmiş təməl prinsiplərindən biri olan “milli rejim” prinsipini və tərəf olduğu digər beynəlxalq müqavilələrin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarını pozmuş olacağını bildiririk.
Bununla əlaqədar, Ermənistan Respublikasının müvafiq strukturlarından Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” əsərinin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə “Sirun jan” adı altında erməni xalq mahnısı kimi kütləvi ifa və təqdim edilməsi və plagiatçılıq hallarının aradan qaldırılmasını, Bəhram Nəsibovun müəlliflik hüquqlarının bərpa edilməsini, beynəlxalq hüquqa və milli qanunvericiliyinə uyğun olaraq pozuntunu törətmiş şəxsləri məsuliyyətə cəlb etməyi və görülmüş tədbirlər barədə məlumat verməyi tələb edirik.
- 16:31 Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin xatirəsi anılıb
- 14:56 Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni təlimə başlayır
- 14:13 Xalq şairi Zəlimxan Yaqubun məqalələri və müsahibələri yeni kitabda işıq üzü görüb
- 12:07 Postprodakşn mərhələsində olan filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edilib
- 10:40 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:28 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:54 Bakı şəhər musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı növbəti məlumatlandırma sessiyası keçirilib
- 09:45 Ankarada “Azərbaycan gecəsi” adlı tədbir keçirilib
- 09:35 YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin “Sonluqdan sonsuzluğa” yekun sərgisi təqdim olunub
- 14:51 Kitabxanada seminar keçirilib
- 14:47 Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə çəkilmiş filmin premyerası olacaq
- 14:32 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:21 Xalq artisti Elza İbrahimovanın anadan olmasının 87 ili tamam olur
- 09:10 Pantomima Teatrında “GİL” tamaşasının premyerası olacaq
- 15:05 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 14:38 “Nadir muğam ifaçıları” layihəsi çərçivəsində növbəti tədbir
- 11:29 Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür
- 11:15 Bakı şəhər musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib
- 10:22 Bu gün Xalq artisti İlham Namiq Kamalın doğum günüdür
- 09:17 Azərbaycan film-nağılında “günəşli uşaqlar” çəkilib
- 17:35 Dövlət dəstəyi ilə lentə alınmış filmlərin təqdimatı keçiriləcək
- 16:45 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 16:35 Cəlil Məmmədquluzadənin ev-muzeyinə ekskursiya təşkil edilib
- 15:19 Azərbaycanlı gənc rəssamların Romada sərgisi açılacaq
- 14:50 Kinematoqrafçılar üçün ingilis dili kursu layihəsinə qəbul elan edilib
- 11:47 “Fotokompozisiya” kitabı təkrar nəşr olunub
- 09:44 Bu gün Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 105 ili tamam olur
- 16:25 “Səma” rəqs ansamblı hesabat konserti ilə çıxış edib
- 13:45 Tanınmış koreyalı dirijor Akademik Filarmoniyada ilk dəfə çıxış edəcək
- 11:10 “Füyuzat” jurnalının yenidən nəşr olunmasından 18 il ötür
- 09:04 Xalq yazıçısı Natiq Rəsulzadənin yeni kitabı işıq üzü görüb
- 09:03 “Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq
- 17:21 Türkiyənin “Mədəni Azərbaycan” jurnalının xüsusi buraxılışı dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunub
- 16:45 Mədəniyyət naziri Adil Kərimli Şamaxıda vətəndaşları qəbul edəcək
- 15:13 “Sanki yoxsan” filmi ötən il nüfuzlu beynəlxalq festivalların müsabiqə proqramında nümayiş olunub
- 14:13 “Tənha insanın monoloqu” filmi beynəlxalq yayıma hazırdır
- 10:53 Bu gün Əməkdar artist Nəcibə Behbudovanın doğum günüdür
- 10:39 Bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti İsmayıl Dağıstanlının anadan olmasının 118 ili tamam olur
- 09:32 “TRT” radiosunda yenidən “Azərbaycan rüzgarı” əsəcək
- 09:29 Xaricdə yaşayan azərbaycanlı yazıçının yeni kitabı Türkiyədə çapdan çıxıb
- 14:25 Professor Nizaməddin Şəmsizadə haqqında virtual kitab sərgisi hazırlanıb
- 12:04 “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinə yekun vurulub
- 11:03 Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür
- 09:33 Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub
- 09:28 Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılıb
- 16:15 “Nağılların audiovizual təqdimatı” layihəsi davam edir
- 15:45 Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanların xatirəsini yad edib
- 12:19 Əməkdar elm xadimi Nizaməddin Şəmsizadəyə həsr olunmuş kitab sərgisi açılıb
- 11:36 Bu gün Beynəlxalq Kino Günüdür
- 11:18 "Qədim türk diyarı Naxçıvan" adlı məlumat saatı keçirilib
- 11:15 Ankarada görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının irsi müzakirə olunub
- 10:34 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 09:48 “Sənətkarın dostu” Əlixan Səmədovla görüşüb
- 09:33 Bu gün dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın 88 yaşı tamam olur
- 09:22 Tanınmış kinorejissor Fikrət Əliyevin xatirə gecəsi keçirilib
- 15:23 Bu gün Xalq artisti Səfurə İbrahimovanın anadan olmasının 86 ili tamam olur
- 14:14 Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
- 14:12 “Gənclər və Türk Dünyası Mədəniyyəti” adlı tədbir keçirilib
- 12:04 Qarabağ işğaldan azad edilib, qarabağlılar qayıdırlar…
- 09:23 İmadəddin Nəsiminin 655 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb