
Bu gün Azərbaycan rejissorluq məktəbinin istedadlı nümayəndələri sırasında özünəməxsus yer tutan və bu sahənin inkişafında mühüm rol oynayan Xalq artisti Rasim Ocaqovun anım günüdür.
Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedərək orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. O, 1956-cı ildə təhsilini başa vurub, 1961-1967-ci illərdə isə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb.
Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub.
Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Sumqayıt metallurqlarının həyatından bəhs edən “Onun böyük ürəyi” filmi R.Ocaqovun ilk sərbəst işi olub. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.
Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb. Rejissor kimi ilk işi yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini tamamlamaq olub. Onun növbəti rejissor işi “Tütək səsi” filmi olub. Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət" və "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırıb.
Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir.
Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi “Qətldən 7 gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir.
Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanıb.
Görkəmli kinorejissorun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib
- 11:17 “Muğam aləmi” Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub
- 11:08 Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir keçirilib
- 09:23 14 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:18 İçərişəhərdə “Muğam Saatı” təşkil olunub
- 09:16 Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb
- 09:12 Dünya şöhrətli arxeomusiqişünas Bakıda mühazirə oxuyub
- 17:10 Tanınmış ritm ustadı Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib
- 17:05 Beynəlxalq muğam ifaçıları müsabiqəsi başlayıb
- 15:07 Ölkəmiz UNESCO-nun 2005-ci il Konvensiyasına tərəf dövlətlərin konfransının 10-cu sessiyasında təmsil olunur
- 14:58 Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində
- 14:27 Gənclər Kitabxanasında 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 14:21 Almaniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertlər təşkil olunub
- 12:14 Kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edilib
- 11:10 Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı sərgi açılıb
- 09:51 “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub
- 09:13 18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür
- 09:07 İçərişəhərdə “Muğam Saatı” — İnteraktiv səs performansı baş tutacaq
- 15:42 “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib
- 15:03 Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 14:22 “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb
- 12:24 Azərbaycan Animasiya Assosiasiyası Annecy festivalında təmsil olunub
- 11:38 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:07 Bu gün Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 99 ili tamam olur
- 10:29 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 09:29 Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri filarmoniyada konsert proqramı ilə çıxış edib
- 09:14 Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq
- 18:17 Ulu Öndər Heydər Əliyev irsinin təbliği mövzusunda Şəkidə elmi seminar keçirilib
- 17:30 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
- 12:36 15 iyun-Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil olunub
- 11:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 16:43 “Xalqın himayədarı” adlı dəyirmi masa keçirilib
- 16:41 Xəzər rayon MKS-də gənc yazar Səbinə Bayramovanın kitab təqdimatı keçirilib
- 16:35 “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib
- 15:58 G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 15:03 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır
- 14:14 “Masal masal Türkiye” uşaq nağılları tətbiqində Azərbaycanla bağlı bölüm yaradılacaq
- 14:13 Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar kitab sərgiləri hazırlanıb
- 14:11 "Şah Abbas Namə" tamaşasının premyerasına son günlər
- 12:14 “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib
- 09:40 “Xalqımızın zəfər tarixi” adlı konsert proqramı təşkil olunub