Şuşa Dövlət Teatrı "Yaddan çıxmaz Qarabağ" aksiyasına hazırlaşır
Şuşa Dövlət Teatrının kollektivi səfərdən qayıdıb. Bu barədə məlumat verən teatrın direktor müavini Azad Əliyevin sözlərinə görə, səfər çərçivəsində kollektiv Qazax, Ağstafa, Gədəbəy və Şəmkir rayonlarında olub.
A.Əliyevin sözlərinə görə, teatr, bu rayonlarda Elnarə Abdullayevanın “Ağ qayıq” və “Gözəlləri necə qaçırırlar” tamaşaları ilə çıxış edib. Direktor müavini hazırda teatrda məşqlər getdiyini bildirib: "Amma bu dəfə teatr kollektivi yeni əsərin təqdimatına deyil, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliynin “Yaddan çıxmaz Qarabağ” adlı aksiyasında iştirak etmək üçün hazırlıqlar görür. Hazırda teatr həmin aksiyaya hazırlaşır. Aksiyada bizim teatr “Ağ qayıq” tamaşası ilə çıxış edəcək. Tamaşa Musiqili Komediya Teatrında təqdim olunacaq”.