az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 11saylı filialının işçiləri Bilgəhdə yerləşən Qocalar evini ziyarət ediblər

21-02-2019, 15:45
Sabunçu rayon MKS-nin 11saylı filialının işçiləri Bilgəhdə yerləşən Qocalar evini ziyarət ediblər


Fevralın 17 – də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 11saylı filialının işçiləri kitabxananın oxucuları ilə birlikdə Bilgəhdə yerləşən Qocalar evini ziyarət ediblər.

Filialın müdiri M.Bədəlova çıxışında qeyd edib ki, ailə cəmiyyətin kiçik bir üzvüdür, lakin digər tərəfdən əhəmiyyət baxımından cəmiyyətin əsas sütunlarındandır. Ailədə mədəniyyət, qarşılıqlı hörmət, vəfa, münasibətlərdə bir-birilə anlaşmaq cəhəti üstün olarsa, həmin ailə cəmiyyətin inkişafına böyük təkan verər.Qocalar evində məskunlaşan ahıllar üçün rahat şəraiti yaratmaq, qayğılarına qalaraq dəstək olmaq isə hər birimizin mənəvi borcudur. Bu gün övladlarının əhatəsində, rahat, gözəl bir şəraitdə yaşlılıq günlərini yaşayan ahıllarla yanaşı, övlad sevgisinə möhtac qalıb ömrünü Qocalar evində sürən və hər addım səsinə gözü qapıya dikilən ahıllarımız da var.

Çıxışlarda qeyd olundu ki, uşaqları elə tərbiyə etmək lazımdır ki, onlar heç vaxt valideynlərini unutmasınlar. Çünki ata-anasının qədrini bilməyən, Vətənin, elin qədrini bilməz.

Ziyarət zamanı ahılların qəlbini ovundurmaq üçün şagirdlər tərəfindən şeirlər söylənilib, mahnılar oxunub və rəqs nömrələri nümayiş olunub.

baku-art.az

Sabunçu rayon MKS-nin 11saylı filialının işçiləri Bilgəhdə yerləşən Qocalar evini ziyarət ediblər

Sabunçu rayon MKS-nin 11saylı filialının işçiləri Bilgəhdə yerləşən Qocalar evini ziyarət ediblər

Sabunçu rayon MKS-nin 11saylı filialının işçiləri Bilgəhdə yerləşən Qocalar evini ziyarət ediblər
Oxunma sayı : 42