az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin Fəxri oxucusuna Səfirlik tərəfindən təşəkkür məktubu göndərilib

19-02-2019, 16:30
Yasamal rayon MKS-nin Fəxri oxucusuna Səfirlik tərəfindən təşəkkür məktubu göndərilib


Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin təşkilati dəstəyi ilə yazıçı-publisist, politoloq, kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadənin Yasamal rayon Heydər Əliyev Mərkəzində “Rus ədəbiyyatı qəlbimin işığında” və “Bəşəri zəkanın rus dahiləri” kitablarının təqdimat mərasimi keçirilmişdir.

Kitabların təqdimatı böyük rus yazıçısı İ.A.Krılovun anadan olması gününə təsadüf etmişdir. İ.A.Krılovun 250 illik yubileyi ərəfəsində R.Mirzəzadənin tanınmış rus təmsilçisinə həsr olunmuş növbəti məqaləsi dərc olunub. Bununla əlaqədar, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqaladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu yazıçıya təbrik məktubu ünvanlayıb.

Yasamal rayon MKS-nin bütün kollektivi Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu R.Mirzəzadəni təbrik ediblər.

baku-art.az


Oxunma sayı : 123