az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 11 saylı filialında "Arkadi Qaydar-115" adlı sərgi və söhbət təşkil olunub

18-02-2019, 10:28
 Sabunçu rayon MKS-nin 11 saylı filialında  "Arkadi Qaydar-115" adlı sərgi və söhbət təşkil olunub

Fevralın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 11 saylı filialında sovet yazıçısı Arkadi Qaydarın 115 illik yubileyi ilə əlaqədar "Arkadi Qaydar-115" adlı sərgi və eyniadlı söhbət təşkil olunub.

Kitabxana işçiləri oxucuları sərgi ilə yaxından tanış ediblər.

Yazıçının həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib.

Arkadi Petroviç Qaydar 1904-cü il fevralın 9-da Lqov şəhərində anadan olmuşdur. Həm yazıçı, həm də insan kimi inqilabi bir ölkənin sədaqətli oğlu idi. Yaşına görə ucaboylu, enlikürək idi. 1925-ci ildə "Kovş" adlı Leninqrad almanaxında ilk povesti–"Məğlubiyyət və qələbə günlərində" çapdan çıxır.

1930-cu ildə gənc nəsil üçün yazdığı "Məktəb" povesti dərhal uşaq və məktəb kitabxanalarında əl-əl gəzir, oxucuların ən sevimli kitablarından birinə çevrilir. "Məktəb" povestinin əsas qəhrəmanı, birinci şəxsin dilindən danışan əsgər oğlu Boris Qolikov surətində Arkadi Qaydar məhz özünü təsvir etmişdir.

Qaydar uşaqlarla hər bir dildə danışmağı bacarırdı. Onun bütün əsərlərində ürəkləri isidən səmimilik, düzgünlük hiss olunurdu.
Yazıçının "Təbilçinin taleyi" (1939), "Cuk və Gek" (1939), "Hərbi sirr" (1940) və s. əsərlərində Böyük Vətən müharibəsinin çətin günlərində var qüvvələri ilə xalqın əzəmətli mübarizəsinə kömək edən gənc vətənpərvərlərin şücaətindən söhbət açılır.

1941-ci il oktyabrın 26-da Qaydar dörd nəfər partizanın müşayiəti ilə kəşfiyyata yollanır və faşist gülləsinin qurbanı olur. Qaydar yaradıcılığı, onun qəhrəman həyatı, əməlləri, bədii yaradıcılığa həsr edilmiş ömrü indi də onu sevənlər üçün örnəkdir.

A.Qaydarın "Qar qalasının komendantı" kinossenarisi, "Cəbhə orkestiri", "Timur və onun komandası" (1940) povesti, nağılları və başqa əsərləri ona şöhrət qazandırmışdır. Cəsur, həssas, qətiyyətli, xeyirxah Timur surəti indi də uşaqların ən sevimli qəhrəmanlarından biri olaraq qalır. Yazıçı böyüməkdə olan nəslin ən yaxşı cizgilərini böyük vətənpərvərlik ideyası ilə qələmə alaraq bu obrazda ifadə etməyə müvəffəq olmuşdur. Öz gənclik qüvvəsini lazımi yerdə gərəkli işlərə sərf etmək üçün dünyaya maraq dolu nəzərlərlə baxan, həyatı mümkün qədər tez öyrənməyə, başa düşməyə can atan oxucularımızın daim sevimli əsərləri olaraq qalacaqdır.

baku-art.az

 Sabunçu rayon MKS-nin 11 saylı filialında  "Arkadi Qaydar-115" adlı sərgi və söhbət təşkil olunub

 Sabunçu rayon MKS-nin 11 saylı filialında  "Arkadi Qaydar-115" adlı sərgi və söhbət təşkil olunub

 Sabunçu rayon MKS-nin 11 saylı filialında  "Arkadi Qaydar-115" adlı sərgi və söhbət təşkil olunub
Oxunma sayı : 85