az
Bütün xəbərlər

Filarmoniyada müasir musiqi axşamı təşkil ediləcək

12-02-2019, 17:39
 Filarmoniyada müasir musiqi axşamı təşkil ediləcək

Fevralın 20-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Şnitke. Qarayev. Şostakoviç” adlı müasir musiqi axşamı keçiriləcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, gecədə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bakı Kamera Orkestri və solistlər - Nəzrin Aslanlı və Rövşən Əmrahov çıxış edəcək.

Konsertdə Qara Qarayev və Fərəc Qarayevin “Quasi Uno Concerto Grosso” əsəri, Alfred Şnitkenin bir saylı “Concerto Grosso” və Dmitri Şostakoviçin kamera simfoniyası ifa olunacaq.

baku-art.az
Oxunma sayı : 58