az
Bütün xəbərlər

Sabunçu rayon MKS – nin 2 saylı filialı “Naxçıvan –Yaşayan və yaradan tarix” adlı söhbət və “Naxçıvan – 95” başlıqlı sərgi təşkil edib

11-02-2019, 09:36
Sabunçu rayon MKS – nin 2 saylı filialı “Naxçıvan –Yaşayan və yaradan tarix” adlı söhbət və “Naxçıvan – 95” başlıqlı sərgi təşkil edib


Fevralın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS – nin 2 saylı filialın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi münasibəti ilə 10 saylı peşə məktəbinin şagirdləri ilə birlikdə “Naxçıvan – 95” başlıqlı sərgi təşkil edib, “Yaşayan və yaradan tarix” adlı söhbət keçirib.

Söhbəti giriş sözü ilə şöbə müdiri E.Məmmədova açaraq şagirdlərə məlumat verib ki, 1924-cü il fevralın 9-u Naxçıvan Muxtar Respublikasının yarandığı gündür.

Zaman-zaman başı bəlalar çəkən, qədim tarixə, zəngin mədəniyyətə malik Naxçıvan bu gün öz inkişafının dinamik dövrünü yaşayır. Bu inkişafın təməli isə ulu öndər Heydər Əliyevin Naxçıvana qayğısı ilə başlayır. Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Bura Azərbaycanın ən dilbər, səfalı məkanlarından biri – möcüzələr diyarıdır. Ona görə də qədim filosof və mütəfəkkirlər Naxçıvanı təkcə Şərqin deyil , həm də Qərbin Günəşi adlandırmışlar. Bu gün Naxçıvanda tarix, mədəniyyət, adət-ənənələr, milli və dini dəyərlər təkcə öyrənilmir, həm də qorunaraq yaşadılır. Tarixi yaşadanları isə tarix yaşadacaqdır.

Azərbaycan xalqınm ümummilli lideri Heydər Əliyev demişdir: "Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır". Tədqiqatlar göstərir ki, hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımız yaşamış və yaratmışlar. Onların özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri bu qədim yurdun azərbaycançılıq möhürüdür.

Sonra sərgiyə baxış keçirilib və Elmira xanım şagirdlərə Naxçıvanın yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında məlumat verib.

baku-art.az

Sabunçu rayon MKS – nin 2 saylı filialı “Naxçıvan –Yaşayan və yaradan tarix” adlı söhbət və “Naxçıvan – 95” başlıqlı sərgi təşkil edib

Sabunçu rayon MKS – nin 2 saylı filialı “Naxçıvan –Yaşayan və yaradan tarix” adlı söhbət və “Naxçıvan – 95” başlıqlı sərgi təşkil edib

Sabunçu rayon MKS – nin 2 saylı filialı “Naxçıvan –Yaşayan və yaradan tarix” adlı söhbət və “Naxçıvan – 95” başlıqlı sərgi təşkil edib
Oxunma sayı : 102