az
Bütün xəbərlər

Yasamal rayon Mərkəzi Kitabxanası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixo-nevroloji Uşaq Mərkəzində tədbir keçirib

10-01-2019, 16:05
Yasamal rayon Mərkəzi Kitabxanası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixo-nevroloji Uşaq Mərkəzində tədbir keçirib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixo-nevroloji Uşaq Mərkəzində tədbir təşkil edib.

Tədbirdə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova, Psixo-nevroloji Uşaq Mərkəzinin baş həkimi Iradə Musayeva, Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin layihə rəhbəri Mətanət Qaraxanova iştirak edib.

Psixo-nevroloji Uşaq Mərkəzinə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının oxucusu yazıçı-publisist, şairə, Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birgə layihəsi əsasında hazırlanmış “Bu dünyanın fidanları. Дети – сияние планеты” kitabı hədiyyə edilib.

Həmçinin uşaq yazıçısı Gülzar İbrahimovanın kitabları və “Vətən və mən” CD diski də hədiyyə olunub.

Tədbirin bədii hissəsində 158 saylı tam orta məktəbin şagirdləri şeirlər,rəqslər, səhnəciklər təqdim ediblər.

Psixo-nevroloji Mərkəzin uşaqlarına hədiyyə olunmuş videoçarx https://www.youtube.com/watch?v=Dfg_Kh3mBRU linkdə yerləşdirilib.

baku-art.az

Yasamal rayon Mərkəzi Kitabxanası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixo-nevroloji Uşaq Mərkəzində tədbir keçirib

Yasamal rayon Mərkəzi Kitabxanası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixo-nevroloji Uşaq Mərkəzində tədbir keçirib
Oxunma sayı : 161