az
Bütün xəbərlər

Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Gənclər və Gənclər siyasəti” adlı layihənin təqdimat mərasimi keçirilib

4-01-2019, 09:49
Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Gənclər və Gənclər siyasəti” adlı layihənin təqdimat mərasimi keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Gənclər və Gənclər siyasəti” adlı layihənin təqdimat mərasimi keçirilib. Tədbiri Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı gənclər birliyinin sədri Ramiz Yusubov açıq elan edərək layihənin mahiyyətindən, ölkəmizdə aparılan gənclər siyasətindən danışıb. R.Yusubov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla və geniş şəkildə davam etdirilən bu siyasət gənclərimizin cəmiyyətə inteqrasiya olunmalarına, dövlət quruculuğunda daha fəal iştirak etmələrinə yardımçı olub.

Lahiyənin rəhbəri Aliyə Orucova çıxış edərək layihənin mahiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Biz də dövlətimizin bizə yaratdığı şəraitdən istifadə edib bütün imkanlarımızla bu siyasətin həyata keçirilməsinə yardım olmağa çalışmışıq”.

Tədbirdə Fərid İsmayılov (təlimci), Qaradağ Rayon gənclər və idman idarəsinin Baş məsləhətçisi İlqar Qasımov və digərləri çıxış edərək gənclər siyasətindən və müzakirəsinə toplaşdıqları lahiyədən danışıb, fikir mübadiləsi aparıblar.

Sonda gənclər onları maraqlandıran suallara aydınlıq gətirib, təkliflər irəli sürüblər.

baku-art.az

Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Gənclər və Gənclər siyasəti” adlı layihənin təqdimat mərasimi keçirilib

Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Gənclər və Gənclər siyasəti” adlı layihənin təqdimat mərasimi keçirilib

Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Gənclər və Gənclər siyasəti” adlı layihənin təqdimat mərasimi keçirilib

Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Gənclər və Gənclər siyasəti” adlı layihənin təqdimat mərasimi keçirilib

Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Gənclər və Gənclər siyasəti” adlı layihənin təqdimat mərasimi keçirilib

Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Gənclər və Gənclər siyasəti” adlı layihənin təqdimat mərasimi keçirilib
Oxunma sayı : 93