az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin Mərkəzi Kitabaxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar viktorina keçirilib

2-11-2018, 14:42
 Yasamal rayon MKS-nin Mərkəzi Kitabaxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar viktorina keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabaxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar viktorina keçirilib.

Viktorina Yasamal rayon MKS-i “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan komitəsi, “Kitabsevər uşaqlar” Facebook səhifəsi və YouTube kanalı ilə birgə təşkil olunub.

Viktorinanın nəticələrinə görə I yerə- 2 saylı tam orta məktəbin şagirdləri Əhməd Əhmədli, Minayə Quliyeva,II yerə- Sənubər Abakarova (2 saylı tam orta məktəbin şagirdləri), III yerə- İlkin Rzayev (Şəki şəhər 5 saylı tam orta məktəbin 8-ci sinif şagirdi), Kənan Rzayev (Şəki şəhər 10 saylı tam orta məktəbin 4-cü sinif şagirdi) və Emil Qaffarlı (Şəki şəhər 18 saylı tam orta məktəbin 7-ci sinif şagirdi) layiq görülərək YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunacaqlar.

Anar Əhmədov (Bakı şəhəri, Xəzər rayonu 136 saylı tam orta məktəb), Ləman Qaffarlı (Şəki şəhər 18 saylı tam orta məktəb), Səidə Abakarova (Qax rayonu Namiq Allahverdiyev adına 2 saylı tam orta məktəb), Şəms Əhmədzadə (Bakı şəhəri, Xəzər rayonu 136 saylı tam orta məktəb), Rahilə Hafizova (Qax rayonu Namiq Allahverdiyev adına 2 saylı tam orta məktəb), Vaqif İskəndərov (Bakı şəhəri, Xəzər rayonu 123 saylı tam orta məktəb), Elçin Xəlilli (Zərdab şəhər H.Aslanov adına 3 saylı tam orta məktəb), Mikayıl Qəribli (Bakı şəhəri, Xəzər rayonu 136 saylı tam orta məktəb), Fatimə Qəribli (Bakı şəhəri, Xəzər rayonu 136 saylı tam orta məktəb), Səbina Orucova (Bakı şəhəri 3 saylı tam orta məktəb), Məhəmməd İsgəndərli (Bakı, Xəzər rayonu 123 saylı tam orta məktəb), Emilya Abdurrəhmanova (Ağdaş rayonu Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəb), İnci İsayeva (Gəncə şəhər İmaddədin Nəsimi adına 44 saylı məktəb-litsey kompleksi), Murad Yusifli (Ağdaş rayon Maqsud Şeyxzadə adına THT Gimnaziya), Aygün Asvarova (Ağdaş rayonu Ləki qəsəbə 6 saylı tam orta məktəb), Osman Qocayev (Ağdaş rayonu, Maqsud Şeyxzadə adına THT Gimnaziya), Zöhrə İsazadə (Zərdab rayonu) YUNESKO-nun “İnformasiya hamı üçün” Azərbaycan komitəsinin Təşəkkürnaməsi ilə təltif olunacaqlar.

Qeyd edək ki, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş növbəti viktorina “Vışka” qəzeti ilə birgə keçiriləcək. Suallar Azərbaycan və rus dillərində “Vışka” qəzetində dərc olunacaq.

baku-art.az
Oxunma sayı : 184