az
Bütün xəbərlər

Zaur Rəxşanın “Alyaska kabusu” kitabının təqdimatı keçirilib

15-10-2018, 16:32
Zaur Rəxşanın “Alyaska kabusu” kitabının təqdimatı keçirilib


Oktyabrın 12 – də Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsində gənc yazar Zaur Rəxşanın “Alyaska kabusu” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə AYB-nin Xəzər bölməsinin sədri Arif Buzovnalı açıb. Z.Rəxşanın tənqidçi, ədəbiyyatşünas, şair Əmin Abid Gültəkin və Əliabbas Müznib varisi olduğunu vurğulayan A.Buzovnalı Alyaska tarixinə səyahət edib.

Z.Rəxşanı uzaqgörən yazıçı adlandıran sədr bildirib ki, əsərdə hadisələrə nəzər saldıqda, onu dünya üçün yazılan kitab hesab etmək olar. Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Soltan Əlizadə ədəbi-bədii gecəni yazıçıya arzuları ilə davam etdirib.

Qeyd edək ki, “Alyaska kabusu” kitabının dizaynı da Z.Rəxşanın özünə məxsusdur.

Kitabı oxumaq və əldə etmək istəyən Buzovna kitabxanasına müraciət edə bilər.

baku-art.az

Zaur Rəxşanın “Alyaska kabusu” kitabının təqdimatı keçirilib

Zaur Rəxşanın “Alyaska kabusu” kitabının təqdimatı keçirilib
Oxunma sayı : 103