az
Bütün xəbərlər

“Alovlu Qafqaz” Uşaq - Gənclərin Rəqs və Yaradıcılıq festivalı keçirilib

15-10-2018, 16:26
“Alovlu Qafqaz” Uşaq - Gənclərin Rəqs və Yaradıcılıq festivalı keçirilib


Oktyabrın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında “Alovlu Qafqaz” Uşaq - Gənclərin Rəqs və Yaradıcılıq festivalı keçirilib.

Tədbirdə Azərbaycanı təmsil edən Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən “Azərbaycan qartalları”, “Azad” rəqs qrupu ilə yanaşı “Mehriban”, “Aysel” rəqs kollektivlərinin çıxışları alqışlarla qarşılanıb. Tədbirdə İndoneziyanın “Nona Asri İndonesiya” rəqs qrupu, Gürcüstanın “lasha-Giorgi”, “Freska” rəqs kollektivlərinin rəngarəng çıxışları tamaşaçılarda böyük rəğbət yaradıb.

Bu festival Azərbaycanın İndoneziya və Gürcüstan dövlətləri arasında mədəni əlaqələrin inkişafı üçün çoxtərəfli diplomatiyanın bir hissəsidir.

Tədbirdə İndoneziyanın səfiri Hüsman Bay Fananie və səfirliyin nümayəndələri, eləcə də Xəzər rayon ictimaiyyəti iştirak edib.

baku-art.az


“Alovlu Qafqaz” Uşaq - Gənclərin Rəqs və Yaradıcılıq festivalı keçirilib

“Alovlu Qafqaz” Uşaq - Gənclərin Rəqs və Yaradıcılıq festivalı keçirilib

“Alovlu Qafqaz” Uşaq - Gənclərin Rəqs və Yaradıcılıq festivalı keçirilib

“Alovlu Qafqaz” Uşaq - Gənclərin Rəqs və Yaradıcılıq festivalı keçirilib

“Alovlu Qafqaz” Uşaq - Gənclərin Rəqs və Yaradıcılıq festivalı keçirilib
Oxunma sayı : 173