Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası İyul ayında ən çox oxunan kitabları və fəal oxucuları müəyyən edib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən aparılan təhlil əsasında 2018-ci ilin iyul ayında ən çox oxunan kitablar və iyul ayının oxucuları müəyyən edilib.
Aparılan təhlil zamanı ən çox oxunan 14 müəllif və onların əsərlərinin adları açıqlanıb: Çingiz Abdullayev (“Onun qəlbinin üçdə bir hissəsi”, “Kandaqardan agent”), Elxan Elatlı (“Arxalı canavar”, “Xəyanət”), X.Xосейни (“Тысяча сияющих солнц”, “Бегущий за ветром”), А.С.Пушкин (“Евгений Онегин”), С.Moэм (“Лиза из Ламбета”) və başqaları. Bildirilib ki, Azərbaycan və rus Abonement bölmələrinin 8 fəal oxucusu arasında T. Haqverdiyev, Əsli Əhmədova yer alıb.
Sonra uşaq mütaliəsinə də xüsusi diqqət yetirilib. Aparılan sorğular zamanı ən çox oxunan 24 kitabların müəlliflərinin adları açıqlanıb: Gülzar İbrahimova (“Qırmızıyanaqla qırmızıpapağın nağılı”), Solmaz Amanova (“Turac”), Л.Кэрролл (“Приключения Алисы в стране чудес”), Jul Vern (“Kapitan Qrantın uşaqları”) və başqaları. Uşaq şöbəsinin fəal oxucuları arasında 10 nəfər uşaq birincilər sırasına çıxıb – Ələkbər Xəlilov, Sofiya Bayramova və başqaları.
İyul ayında ən çox oxunan kitablar və fəal oxucular haqqında məlumata http://yasamal.cls.az/front/files/libraries/81/documents/120920245.pdf linkdə baxa bilərsiniz.