Yüklənir...biraz gözləyin
Azərbaycan
Русский
English
Email : info@bmt.az
Ana səhifə
Xəbərlər
Struktur
Əlaqə
 
   
 


Xəzər rayon MKS-nin 1 saylı filialında "Sevimli yazarlarla tanışlıq " başlıqlı sərgi təşkil olunub

 
Xəzər rayon MKS-nin 1 saylı filialında "Sevimli yazarlarla tanışlıq " başlıqlı sərgi təşkil olunub


İyunun 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 1 saylı filialında "Sevimli yazarlarla tanışlıq " başlıqlı sərgi təşkil olunub. Bu sərgidə Mərdəkan qəsəbəsinin sakini və oxucularımızın sevimli yazıçısı olan Fəhad Əsgərovun kitabları sərgilənib.

Əsgərov Fərhad Ramiz oğlu 1960-cı il dekabr ayının 24-də Bakının Mərdəkan qəsəbəsində anadan olub. Mərdəkandakı 181 saylı tam orta məktəbi bitirib. M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun məzunudur, ixtisasca texniki əmək və rəsmxət müəllimidir. Sonralar jurnalistika ixtisası üzrə də ali təhsil alıb. 1980-82-ci illərdə Qazaxıstan respublikasında həqiqi hərbi xidmətdə olub. İlk əmək fəaliyyətinə Kəlbəcər rayonunun Kilsəli kənd orta məktəbində müəllim kimi başlayıb. Əsgəri xidmətdən sonra Kəlbəcər rayonunun Seyidlər kənd orta məktəbində işləyib. Sonralar müxtəlif illərdə Bakının bir neçə məktəbində müəllim işləyib və hal-hazırda da pedaqoji sahədə çalışır.

Fərhad Əsgərov 1983-cü ildən başlayaraq indiyədək həm də mətbuat sahəsində çalışır. Keçmiş ittifaqın dövründə onun müxtəlif sahələrlə bağlı informasiya və məqalələri “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri”, “İdman”, “Bakı”, “Vışka”, “Bakinskiy raboçiy”, “Molodyoj Azerbaydjana” qəzetlərində, eləcə də “Mədəni maarif işi”, “Təşviqatçı” jurnallarında dərc edilib. Respublika radiosunda xeyli yazıları səsləndirilib.

Respublikamızın müstəqilliyi illərində isə müxtəlif səpkili yazıları “Səhər”, “Açıq söz”, “7 gün +”, “Sərbəst düşüncə”, “Yurddaş”, “Yeni dünya”, “Azərbaycan dünyası”, “Karvan yolu”, “İnsan hüquqları”, “El qəzeti”, “Hakimiyyət”, “Yeni təfəkkür”, “Paklıq”, “Nəbz” qəzetlərində işıq üzü görüb. O, bir qəzetdə çalışsa da, adları çəkilən qəzetlərlə əməkdaşlıq edib. 2005-ci ildə “Nüanslar” ictimai-siyasi publisistik qəzetini təsis edib. Elə o vaxtdan “Nüanslar” qəzetinin təsisçisi və baş redaktorudur.

Fərhad Əsgərov ədəbi yaradıcılığa hələ gənclik illərindən başlayıb. O, alleqorik janrda nağıl və poemalar, sənədli povestlər, monoloq, novella, olmuş hadisələr, gənclər, eləcə də kiçik yaşlı məktəblilər üçün hekayələr yazmışdır. O, həmçinin 50-dən çox oçerkin müəllifidir. Onun müxtəlif illərdə “Tale”, “Ötən günlər”, “Yurd həsrəti, Vətən sevgisi”, “Ya iskal Lyudmilu”, “Neslomlennıy repressiyami”, “Filin dərdi böyükdü”, “Ömür elə qısadır ki...”, “Prokuror-ümid qapısı”, “El ağsaqqalı”, “Ürəklərdən gələn səs”, “Qaranlıq meşədə gizli oyunlar”, “Əsl dost”, ”Seçilmiş əsərləri”, “Ömürdə izlər”, “Qara qızıl fatehi”, “Tyomnıye iqrı v tyomnom lesu” adlı kitabları işıq üzü görmüşdür. 2014-cü ildə onun 288 səhifəlik “İllərin nəfəsi” adlı kitabı çapdan çıxmışdır. Kitabda yazıçının müxtəlif illərdə yazdığı hekayələr, olmuş hadisələr, alleqorik nağıl və poemalar, oçerklərdən nümunələr, monoloq, novella toplanmışdır. Kitabda həmçinin yazıçı-jurnalistin müxtəlif qəzetlərdə dərc edilmiş məqalələrindən nümunələr də verilmişdir. Oxucuların ixtiyarına verilmiş bu kitabdakı əsərlər oxucuları düzlüyə, ədalətliliyə, işdə məsuliyyətli olmağa və digər insani keyfiyyətlərə səsləyir.

Fərhad Əsgərov 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl qələm” və “İti qələm” mükafatları laureatıdır.

Bir qız övladı var.

baku-art.az


 

Oxunma sayı : 163 | 3-07-2018, 16:22 |





  Seçilmiş xəbərlər
 Yasamal rayon Heydər Əliyev Mərkəzində  Xalq  artisti  Tofiq  Tağızadənin  100 illik yubileyi  ilə əlaqədar  tədbir  keçirilib
Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
15-02-2019, 17:07
İ.Əbilov adına Mədəniyyət Mərkəzində “İncəsənət və Şərab” adlı tədbir keçirilib
İ.Əbilov adına Mədəniyyət Mərkəzində “İncəsənət və Şərab” adlı tədbir keçirilib
6-02-2019, 17:47
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi Qara Qarayevin  ev muzeyini ziyarət edib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi Qara Qarayevin ev muzeyini ziyarət edib
6-02-2019, 15:30

  Tədbirlər planı

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbirlər planı

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbirlər planı
11-01-2018, 13:38

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ilə əlaqədar tədbirlər planı

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ilə əlaqədar tədbirlər planı
25-12-2017, 12:12

Ümummilli Lider Heydər Əliyevin  anım günü ilə əlaqədar tədbirlər planı

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər planı
5-12-2017, 15:54

bütün

  Bu günün tarixi

Bu günün tarixi

Bu günün tarixi

 
  Son xəbərlər

  Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
15-02-2019, 17:07
  Sabunçu rayon MKS –nin 2 saylı filialı “Sevdiyim nağıl qəhrəmanları” adlı söhbət keçirib
15-02-2019, 16:19
  Azərbaycan filmi beynəlxalq festivala dəvət alıb
15-02-2019, 14:08
  Rusiya kitabxanalarında Cəfər Cabbarlının120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx nümayiş olunacaq
15-02-2019, 12:23
  Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
15-02-2019, 10:49
  Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Əliağa Vahidin doğum günü ilə əlaqədar videoçarx nümayiş etdirilib
15-02-2019, 10:44
  Mədəniyyət naziri Əbülfəs Qarayev Britaniya Kitabxanasında görüş keçirib
15-02-2019, 10:40
  “Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
15-02-2019, 10:27
  Səbail rayon MKS-nin 6 saylı filialı “Hər kəsə bir kitab’’ başlığı altında məlumat saatı keçirib
15-02-2019, 10:24
  Xəzər rayon MKS-nin 7 saylı filialında Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar sərgi təşkil edilib
15-02-2019, 10:18
bütün

  Bizim layihələr
Bakıda turistlər qutab bişirdilər (Foto)
Bakıda turistlər qutab bişirdilər (Foto)
6-06-2017, 10:38
  Metodiki tövsiyələr
Səni kim unudar (Mikayıl Müşfiq 110 illiyi)
Səni kim unudar (Mikayıl Müşfiq 110 illiyi)
25-12-2018, 09:42
  Azərbaycan mətbəxi
Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?
Azərbaycanın Yemək Xəritəsi-Nəyi harda yeyə bilərik?
10-01-2019, 12:52

  Digər xəbərlər
 Pakistan qəzetində “İmadəddin Nəsimi: Böyük klassik türk sufi şairi” adlı məqalə dərc olunub
Pakistan qəzetində “İmadəddin Nəsimi: Böyük klassik türk sufi şairi” adlı məqalə dərc olunub
14-02-2019, 14:34
Fevralın 14-ü Beynəlxalq kitab bağışlama günüdür
Fevralın 14-ü Beynəlxalq kitab bağışlama günüdür
14-02-2019, 09:14
 Bu gün Xalq artisti Bəhram Mansurovun doğum günüdür
Bu gün Xalq artisti Bəhram Mansurovun doğum günüdür
12-02-2019, 11:16
 Bu gün Azərbaycanlı kinorejissor Tofiq Tağızadənin doğum günüdür
Bu gün Azərbaycanlı kinorejissor Tofiq Tağızadənin doğum günüdür
7-02-2019, 10:15
“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı olub
“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı olub
7-02-2019, 09:47
 Bu gün xalq artisti Ağaxan Abdullayevin doğum günüdür
Bu gün xalq artisti Ağaxan Abdullayevin doğum günüdür
6-02-2019, 10:03

  BMTİ-nin strukturu
Teatrlar
Ev muzeyləri
Musiqi məktəbləri
Kitabxanalar
Mədəniyyət mərkəzləri

  Turizm
Mehmanxanalar
Turizm təşkilatları
Qalereyalar

  Top xəbərlər
 
Azərbaycan filmi beynəlxalq festivala dəvət alıb


“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək


Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib


Yasamal rayon MKS-nin bütün filiallarında Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirilib


Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Əliağa Vahidin doğum günü ilə əlaqədar videoçarx nümayiş etdirilib


Sabunçu rayon MKS –nin 2 saylı filialı “Sevdiyim nağıl qəhrəmanları” adlı söhbət keçirib


Mədəniyyət naziri Əbülfəs Qarayev Britaniya Kitabxanasında görüş keçirib


Yasamal rayon MKS-nin 4 saylı filialı Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar tədbir keçirib


Rusiya kitabxanalarında Cəfər Cabbarlının120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx nümayiş olunacaq


Xəzər rayon MKS-nin 7 saylı filialında Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar sərgi təşkil edilib


 

  Saytlarımız

  Kitabxanaların saytları
  Mədəniyyət mərkəzlərinin saytları
  Muzeylərin saytları
  Musiqi məktəblərinin saytları
 



  Linklər
























 
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 




 

Baku-Art.az  © 2008-2012  |  Privacy Policy
Ana səhifə /   Xəbərlər / Haqqımızda / Əlaqə