az
Bütün xəbərlər

Binəqədi Mərkəzi Mədəniyyət evi dəyirmi masa təşkil edib

13-06-2018, 16:22
Binəqədi Mərkəzi Mədəniyyət evi dəyirmi masa təşkil edib


İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət evi Yeni Azərbaycan Partiyası Binəqədi qəsəbə təşkilatı ilə birgə 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş dəyirmi masa təşkil edib.

İlk olaraq Mədəniyyət evinin direktoru Şahin Səmədov çıxış edərək, qonaqları salamlayıb və bayram münasibəti illə hər kəsi təbrik edib.

Sonra YAP-ın Binəqədi qəsəbə üzrə sədri Ağabala Musayev çıxış edərək, Milli Qurtuluş gününün tarixindən danışıb.

Daha sonra söz Binəqədi YAP-ın üzvlərinə və qəsəbə sakinlərinə verilib.

Tədbirin sonunda Mədəniyyət evinin poeziya dərnəyinin rəhbəri Həsən Həsənovun ifasında Milli Qurtuluş gününə həsr olunmuş kompozisiya səsləndirib.

baku-art.az

Binəqədi Mərkəzi Mədəniyyət evi dəyirmi masa təşkil edib

Binəqədi Mərkəzi Mədəniyyət evi dəyirmi masa təşkil edib

Binəqədi Mərkəzi Mədəniyyət evi dəyirmi masa təşkil edib
Oxunma sayı : 244