36 nömrəli Uşaq Musiqi Məktəbi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konsert keçirib
Mayın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 36 nömrəli Uşaq Musiqi Məktəbi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konsert keçirib.
Tədbir M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil edilib.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis muavini Nazim Əliyev, Gülnarə Seyidova, digər məsul işçiləri və Uşaq musiqi, incəsənət məktəblərinin direktorları iştirak ediblər.