az
Bütün xəbərlər

Binəqədi Mərkəzi Mədəniyyət Evində " Narkomaniyaya Yox Deyək " adlı rəsm sərgisi keçirilib

19-04-2018, 17:48
Binəqədi Mərkəzi Mədəniyyət Evində " Narkomaniyaya Yox Deyək " adlı rəsm sərgisi keçirilib

Aprelin 16-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət Evində " Narkomaniyaya Yox Deyək " adlı rəsm sərgisi keçirilib.

İlk öncə Mədəniyyət Evinin rəsm və əl işləri dərnəyi üzvlərinin əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirilib.

Tədbir zamanı mədəni tədbirlərin təşkili və Yaradıcı Gənclərlə iş üzrə Mərkəzin nümayəndəsi A.Salmanov narkomaniyanın törətdiyi fəsadlardan və gənclərin təlim-tərbiyəsindən bəhs edib.

Sonra Mədəniyyət Evinin bədii rəhbəri və rəsm kursunun rəhbəri A.Mustafayeva çıxış edərək şagirdlərin əl işlərini yüksək qiymətləndirərək, onlara narkomaniyanın zərərlərindən söhbət açıb.

Sonda sərgidə iştirak edən şagirdlər Fəxri Fərmanlarla təltif olunublar.

baku-art.az


Binəqədi Mərkəzi Mədəniyyət Evində " Narkomaniyaya Yox Deyək " adlı rəsm sərgisi keçirilib

Binəqədi Mərkəzi Mədəniyyət Evində " Narkomaniyaya Yox Deyək " adlı rəsm sərgisi keçirilib
Oxunma sayı : 269