az
Bütün xəbərlər

Şövkət Ələkbərova adına Mədəniyyət evində “Könlüm keçir Qarabağdan” adlı fotosərgisi keçirilib

19-04-2018, 13:24
Şövkət Ələkbərova adına Mədəniyyət evində “Könlüm keçir Qarabağdan” adlı fotosərgisi keçirilib

Aprelin 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şövkət Ələkbərova adına Mədəniyyət evində 18 aprel Beynəlxalq abidələr və tarixi yerlər gününə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı işğal altında olan tarixi mədəni abidələrin fotosərgisi keçirilib.

Qeyd edək ki, aprelin 18-i dünyada Beynəlxalq abidələr və tarixi yerlər günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Mədəniyyət evinin direktoru C.Süleymanov Qarabağda işğal edilmiş ərazilərdə Ermənistan təcavüzkarlarının vandalizmi və qarətçiliyi nəticəsində 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəsisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbinin dağıdılması haqqında məlumat verib.

Sərgidə Qarabağın bəzi qədim tarixi mədəni abidələrinin işğaldan əvvəl və işğaldan sonrakı vəziyyətləri nümayiş etdirilib.

C.Süleymanov çıxışında Qarabag torpaqları azad olunana qədər hər il 18 aprel Beynəlxalq abidələr və tarixi yerlər günü keçiriləcək.

Sonda sərgidə işğal altında olan tarixi mədəni abidələrin hazırlanan bukletləri tədbir iştirakçılarına paylanılıb.

baku-art.az

Şövkət Ələkbərova adına Mədəniyyət evində “Könlüm keçir Qarabağdan” adlı fotosərgisi keçirilib

Şövkət Ələkbərova adına Mədəniyyət evində “Könlüm keçir Qarabağdan” adlı fotosərgisi keçirilib

Şövkət Ələkbərova adına Mədəniyyət evində “Könlüm keçir Qarabağdan” adlı fotosərgisi keçirilib

Şövkət Ələkbərova adına Mədəniyyət evində “Könlüm keçir Qarabağdan” adlı fotosərgisi keçirilib

Şövkət Ələkbərova adına Mədəniyyət evində “Könlüm keçir Qarabağdan” adlı fotosərgisi keçirilib

Şövkət Ələkbərova adına Mədəniyyət evində “Könlüm keçir Qarabağdan” adlı fotosərgisi keçirilib
Oxunma sayı : 182