az
Bütün xəbərlər

Yasamal rayon Heydər Əliyev Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib

19-03-2018, 15:14
Yasamal rayon Heydər Əliyev Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib


Martın 16-da Yasamal rayon Heydər Əliyev Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Yasamal rayon 21 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Mərkəzin Baş fond mühafizəçisi Azər Zeynalzadə qonaqları salamlayaraq, Novruz bayramının tarixindən, bu bayramın Azərbaycan mühitilə bağlı olması və Azərbaycan xalqı tərəfindən keçirilmə adət-ənənəsindən bəhs edib.

Novruz bayramının vacib atributları olan Su, Od, Yel, Torpaq çərşənbələri və onların yaşadılma ənənələrindən danışıb.

Sonda "Novruz töhfələri" adlı film nümayiş olunub.

baku-art.az

Yasamal rayon Heydər Əliyev Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Yasamal rayon Heydər Əliyev Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib
Oxunma sayı : 179