az
Bütün xəbərlər

"Speak Like Ali" layihəsinin açılışı olub

14-03-2018, 11:39
"Speak Like Ali" layihəsinin açılışı olub


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Asudə Vaxt Mərkəzində "Speak Like Ali" layihəsinin ilk rəsmi filialının açılışı olub.

Kursun əsas prioritet məqsədi əhalinin, xüsusən də gənc nəslin ingilis dilində sərbəst danışığa və gözəl nitqə yiyələnməsidir. "Speak like Ali" kurslarında təhsil almaq istəyən hər bir şəxs üçün tədris proqramı xüsusi olaraq tərtib edilir. Məşğələlər istəkdən asılı olaraq həm qrup, həm də fərdi şəkildə keçirilir.

Açılışda Baş İdarənin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Sabunçu rayon Asudə vaxt Mərkəzinin direktoru Mehriban Bayramova, H.Abbasov adına Mədəniyyət evinin direktoru Tofiq Dadaşov və başqaları iştirak ediblər.

Təqdimatı kursun rəhbəri Quliyev Əliseyfəl açaraq iştirakçılara layihə haqqında ətraflı məlumat verib. Sonra "Speak like Ali" kursunun tələbələri çıxış ediblər.

Qeyd edək ki, H.Abbasov adına Mədəniyyət evində start götürən "Speak like Ali" layihəsi böyük maraqla qarşılanıb və yaxın zamanlarda Bakı şəhərinin bütün mədəniyyət müəssisələrində filiallarının açılışı nəzərdə tutulub.

baku-art.az

"Speak Like Ali" layihəsinin açılışı olub

"Speak Like Ali" layihəsinin açılışı olub

"Speak Like Ali" layihəsinin açılışı olub

"Speak Like Ali" layihəsinin açılışı olub
Oxunma sayı : 482