az
Bütün xəbərlər

Sabunçu rayon MKS-inin 3 saylı filialında "Zəmanəmizin qəhrəmanı" adlı söhbət keçirilib

12-02-2018, 08:29
Sabunçu rayon MKS-inin 3 saylı filialında "Zəmanəmizin qəhrəmanı" adlı söhbət keçirilib


Fevralın 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon MKS-inin 3 saylı filialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında "Zəmanəmizin qəhrəmanı" adlı söhbət keçirilib.

Qeyd olunub ki, 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı minalanmış sahəni keçir. Düşmən tərəfin əsgər və zabitini gözlənilmədən məhv edir. Səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Mübariz İbrahimova ölümündən sonra Milli Qəhrəman adı verilib.

Tədbirin sonunda 67 saylı məktəbin şagirdləri M.İbrahimova həsr olunmuş şeirlər söyləyiblər.

baku-art.az


Sabunçu rayon MKS-inin 3 saylı filialında "Zəmanəmizin qəhrəmanı" adlı söhbət keçirilib
Oxunma sayı : 121