Ə.Bakıxanov adına 6 nömrəli UMM-də Gənclər günü münasibətilə bayram tədbiri keçirilib
Fevralın 2-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli UMM-də Gənclər günü münasibətilə bayram tədbiri keçirilib.
Konsertdə məktəbin müəllimi Mahirə Məmmədova gənclərə 1997-ci ildən Ulu Öndər H.Əliyevin bu günü “Gənclər günü” kimi qeyd olunması haqqında məlumat verib.
Sonra gənc istedadlı müəllimlər öz ifaları ilə gəncləri təbrik edib.