Sabunçu rayon MKS-nin 2 saylı “Xeyirxah insanlar ölmürlər” adlı söhbət keçirib
Yanvarın 25-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 saylı filialında Hacı Zeynalabdin Tağıyevin 195 illiyi münasibəti ilə 170 saylı məktəbin şagirdləri ilə birlikdə “Xeyirxah insanlar ölmürlər” adlı söhbət keçirilib.
Söhbəti giriş sözü ilə şöbə müdiri E.Məmmədova açaraq bildirib ki, hər xalq öz yaradıcı insanlarını yaşadır və onu başqa xalqlara tanıdır. Azərbaycanda da Hacı Zeynalabdin haqqında məlumatı olmayan adam tapmaq mümkün deyil. XIX və XX əsrlərdə öz xeyirxahlıqları ilə Azərbaycan xalqının qəlbində səxavət simvoluna çevrilmiş Hacı Zeynalabdin Tağıyev indiyədək hər birimizə örnək olaraq qalmışdır və bizdən sonra gələn nəslin də yaddaşında beləcə yaşayacaqdır.
Hacı Zeynalabdin sadə fəhlədən milyonçu dərəcəsinədək yüksəlsə də özünü heç zaman xalqından ayrı təsəvvür etməmiş,ictimaiyyət üçün etdiyi xeyriyyəçilik işlərindən əlavə imkansızların da əlindən tutmağı,hətta öz xərci ilə onlara toy etməyi, dünyasını dəyişənlərin cənazəsini qaldırmağı da unutmamışdı.İndi də o zamankı kimi maarifi,mədəniyyəti, mətbuat və digər qurumları yaşatmaq üçün H.Z.Tağıyev kimi şəxslərə ehtiyac duyulurvə duyulacaq.