V.Mustafazadə adına Mədəniyyət Mərkəzi Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik Gününə həsr olunmuş tədbir keçirib
Dekabrın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin V.Mustafazadə adına Mədəniyyət Mərkəzi Pirallahı qəsəbəsində yerləşən “Gənclər Parkı” nda Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə Mədəniyyət Mərkəzinin solistləri Rüfət Axundov, Əli Dünya və başqa müğənnilər öz nəğmələri ilə uşaqları sevindiriblər.
Tədbir Şaxta Baba, Qar Qız və şən klounların çıxışları ilə davam etdirilib.