az
Bütün xəbərlər

S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində “Ulu Öndər xatirələrdə” adlı tədbir keçirilib

14-12-2017, 08:24
S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində  “Ulu Öndər xatirələrdə” adlı tədbir keçirilib


Dekabrın 12-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində Heydər Əliyevin anım günü ilə bağlı “Ulu Öndər xatirələrdə” adlı tədbir keçirilib.

Tədbir xor kollektivinin ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Ulu öndərin xatirəsi tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlər ədəbi – bədii kompozisiya ilə çıxış ediblər.

Sonda məktəbin direktoru T.Salmanov Ulu öndərin xalqımız üçün şərəf ,qürur mənbəyi olduğunu qeyd edərək onun əbədi xatirələrimizdə yaşayacağını bildirib.


baku-art.az
Oxunma sayı : 146