Ş.Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbində tədbir keçirilib (Foto) |
 |
|
Oktyabrın 6-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbində "Müəllimlər günü"nə həsr olunmuş musiqili tədbir keçirilib. Konsertdə məktəbin direktoru giriş sözü ilə çıxış edib və bütün müəllimləri bayram münasibətilə təbrik edib. Tədbirdə şagirdlərin ifasında Azərbaycan bəstəkarlarından Vasif Adıgözəlovun, Tofiq Quliyevin, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Üzeyir Hacıbəylinin və xarici bəstəkarların əsərləri səslənib. Şagirdlərdən Səid Quliyev V sinif, Rəhman Qurbanov III sinif, İnci Məhərrəhzadə III sinif, Nihad Qədirli VIII sinif, Nigar Əliyeva IV sinif, Elmar İmanzadə VIII sinif, Riad Kərimli III sinif, Aytən Məmmədova V sinif çıxış edib.
baku-art.az
|
|
|
Oxunma sayı : 134 | 6-10-2017, 16:06 | |
 |
|