az
Bütün xəbərlər

Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında "Tariximiz, abidələrimiz, sərvətimiz" adlı sərgi-söhbət keçirilib (Foto)

17-04-2017, 17:37
Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında "Tariximiz, abidələrimiz, sərvətimiz" adlı sərgi-söhbət keçirilib (Foto)

Aprelin 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında Tarixi abidələrin mühafizəsi günü ilə əlaqədar "Tariximiz, abidələrimiz, sərvətimiz" adlı sərgi-söhbət keçirilib.

Söhbətdə kitabxananın əməkdaşları və fəal oxucuları iştirak ediblər.Söhbət zamanı uşaq şöbəsinin multimedia resursları üzrə mütəxəssisi Leyla Mikayılova bu günün yaranması, tarixi və Azərbaycanın qədim mədəniyyət nümunələri olan abidələrimiz haqqında məlumatlar verib. Daha sonra söhbət mövzu ətrafında müzakirələrin aparılması ilə davam etdirilib.

Sonda mövzu ilə əlaqədar təşkil edilmiş sərgiyə baxış keçirilib.


baku-art.az



Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında "Tariximiz, abidələrimiz, sərvətimiz" adlı sərgi-söhbət keçirilib (Foto)

Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında "Tariximiz, abidələrimiz, sərvətimiz" adlı sərgi-söhbət keçirilib (Foto)

Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında "Tariximiz, abidələrimiz, sərvətimiz" adlı sərgi-söhbət keçirilib (Foto)
Oxunma sayı : 192