az
Bütün xəbərlər

Səbail rayon MKS-nin 1 saylı filialının təşkilatçılığı ilə 16 saylı Texniki Humanitar liseydə şairə-yazar İradə Əlili ilə görüş keçirilib (Foto)

13-02-2017, 16:55
Səbail rayon MKS-nin 1 saylı filialının təşkilatçılığı ilə 16 saylı Texniki Humanitar liseydə şairə-yazar İradə Əlili ilə görüş keçirilib (Foto)

Fevralın 10-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 1 saylı filialının təşkilatçılığlı ilə 16 saylı Texniki Humanitar Liseydə şairə - yazar İradə Əlili ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru A.Hacıyeva açaraq qeyd edib ki, İradə Əlili həm qabaqcıl mədəniyyət işçisi, kitabxana-biblioqrafiya sahəsini tədris edən müəllimə, jurnalist, həm də fəal ictimaiyyətçidir. İradə Əlili yaradıcılığında müxtəlif mövzular daha geniş vürsət alıb. Belə ki onun yaradıcılığında həm ülvi sevgi, həm körpələrə sevgi, vətən, torpaq sevgisi öz əksini tapmışdır.

Elə bu mövzuda yazılan “Qarabağın Tutusu”, “Döyüşçü qadının səngər xatirələri”, “Vətənin igid döyüşçüləri”, “Güllə səsindən doğulan kitab”, “Bir damla göz yaşında torpaq həsrəti” kitablarını misal göstərmək olardı. Bu kitablarda vətən Şəhidləri və müharibə döyüşçüləri, qaçqınların həyat şəraiti İradə Əlili urəyinin zərif hissləri ilə qələmə alınmışdır. İradə Əlilinin yaradıcılığında zəriflik, incəlik, bir kövrəklik vardır.

Tədbirdə şairənin yaradıcılıq fəaliyyəti haqqında məlumat verildikdən sonra, vətənpərvərlik mövzusunda qələmə aldığı şeirlər şagirdlərin ifasında dinlənilib. Daha sonra İradə Əlili şagirdlərin suallarını cavablandırıb, onlara Azərbaycan bayrağını və kitablarını hədiyyə edib.

baku-art.az

Səbail rayon MKS-nin 1 saylı filialının təşkilatçılığı ilə 16 saylı Texniki Humanitar liseydə şairə-yazar İradə Əlili ilə görüş keçirilib (Foto)

Səbail rayon MKS-nin 1 saylı filialının təşkilatçılığı ilə 16 saylı Texniki Humanitar liseydə şairə-yazar İradə Əlili ilə görüş keçirilib (Foto)

Səbail rayon MKS-nin 1 saylı filialının təşkilatçılığı ilə 16 saylı Texniki Humanitar liseydə şairə-yazar İradə Əlili ilə görüş keçirilib (Foto)

Səbail rayon MKS-nin 1 saylı filialının təşkilatçılığı ilə 16 saylı Texniki Humanitar liseydə şairə-yazar İradə Əlili ilə görüş keçirilib (Foto)

Səbail rayon MKS-nin 1 saylı filialının təşkilatçılığı ilə 16 saylı Texniki Humanitar liseydə şairə-yazar İradə Əlili ilə görüş keçirilib (Foto)

Səbail rayon MKS-nin 1 saylı filialının təşkilatçılığı ilə 16 saylı Texniki Humanitar liseydə şairə-yazar İradə Əlili ilə görüş keçirilib (Foto)
Oxunma sayı : 483