az
Bütün xəbərlər

"Laplandiyadan gələn qonaq" film-tamaşasının çəkiliş qrupu səfərdən qayıdıb

25-12-2009, 10:57
"Laplandiyadan gələn qonaq" film-tamaşasının çəkiliş qrupu səfərdən qayıdıb


AzTV-nin yeni ildə tamaşaçılara təqdim edəcəyi "Laplandiyadan gələn qonaq" film-tamaşasının çəkiliş qrupu Laplandiyadan səfərdən qayıdıb.

Bu barədə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mətbuat xidmətindən məlumata verilib.

Azərbaycan Televiziyasının tarixində ilk dəfə Santa-Klausla görüş onun sehrli məkanı sayılan Laplandiyada çəkilib.

Ssenariyə əsasən, Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Lavozerodakı çəkilişlərdə Brilliant Dadaşova, Rüfət Mehdiyev, Ədalət Şükürov və başqaları iştirak ediblər. Film-tamaşada həmçinin Səyavuş Aslan, Sabir Məmmədov, Rövşən Kərimdux, Naibə Allahverdiyeva və başqaları çəkiliblər. Hazırda filmin son montaj işləri gedir.

Qeyd edək ki, Faiq Hüsiyev və Hafiz İmamnəzərlinin ssenari müəllifi olduqları film-tamaşanın quruluşçu rejissoru Faiq Kərimoğlu, quruluşçu operatoru Tanrıverdi Tanrıverdiyevdir.

baku-art.az
Oxunma sayı :