az
Bütün xəbərlər

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri haqqında sərəncam imzalanıb

17-12-2009, 10:33
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf  tədbirləri haqqında sərəncam imzalanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.

Sərəncama əsasən, İçərişəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün Azərbaycanın 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

baku-art.az
Oxunma sayı :