az
Bütün xəbərlər

Bu günün tarixi

20-12-2014, 09:00
Bu günün tarixi

1854 - həkim və ictimai xadim Əbdülkərim Mehmandarov dünyaya gəlib

1873 - türk şairi Məhmət Akif Ərsoy dünyaya gəlib

1878 - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Mustafa Mahmudov dünyaya gəlib

1879 - Tomas Edison közərmə lampasını təqdim edib

1896 - Azərbaycanda patoloji anatomiyanın banilərindən biri, tibb elmləri doktoru, akademik, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Cəlil Hüseynov dünyaya gəlib

1900 - hərbi xadim, general-mayor Yaqub Quliyev dünyaya gəlib

1905 - tənqidçi, ədəbiyyatşünas Atababa Musaxanlı dünyaya gəlib

1915 - türk yazıçı Əziz Nesin dünyaya gəlib

1919 - tibb elmləri doktoru, professor Hüsniyyə Diyarova dünyaya gəlib

1925 - filosof, professor Şükufə Mirzəyeva dünyaya gəlib

1934 - fizika-riyaziyyat elmləri doktoru Yusif Əsədov dünyaya gəlib

1938 - SSRİ-də əmək kitabçalarının tətbiqinə başlanıb

1939 – teatrşünas, pedaqoq Məmədşah Atayev dünyaya gəlib

1952 - M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki BSU) fəaliyyətə başlayıb

1956 - Azərbaycanın milli qəhrəmanı Riad Əhmədov dünyaya gəlib

1957 - müğənni Anna Vissi - Yunan dünyaya gəlib

1968 - amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Con Steynbek vəfat edib

1991 - Ali Sovetin Milli Şurası "Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə münasibəti haqqında" qərar qəbul edib

1993 - Parisdə rəsmi səfərdə olan prezident Heydər Əliyev Azərbaycanın ATƏM-in (1995-ci ilədək ATƏT belə adlanırdı) əsas sənədlərindən olan "Yeni Avropa üçün Paris Xartiyası"na qoşulması barədə sənədi imzalayıb

1994 - Azərbaycan Respublikası Maldiv adaları ilə diplomatik əlaqələr qurmuşdur

2005 - Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verilmişdir

2007 - Madam Tüsso muzeyində Heydər Əliyevin mum fiquru hazırlanmışdır

2009 - Azadlıq prospekti metrostansiyası istifadəyə verilmişdir

baku-art.az
Oxunma sayı : 441