az
Bütün xəbərlər

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə ekskursiya təşkil edib

13-02-2019, 14:37
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə ekskursiya təşkil edib


Fevralın 12-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ilə əlaqədar C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə ekskursiya təşkil edib.

İlk öncə Muzeyin direktoru Sevinc Mikayılova qonaqlara muzeyin yaranma tarixi, ekspozisiyası, zalları, nadir eksponatları haqqında geniş məlumat verib.

Daha sonra ekspozisiya kütləvi işlər şöbəsinin müdiri M.Dadaşova, elmi işçi T.Sanəliyeva, nəzarətçi Y.Babayeva Azərbaycan teatrının inkişafında rolu olan ədəbiyyat xadimlərinin bu sahədə xüsusi rolunu nümayiş etdirən bütün eksponatları təqdim ediblər.

Ekskursiya zamanı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan şair, dramaturq Cəfər Cabbarlıya həsr olunmuş guşə, dramaturqun büstü, yaşadığı evin maketi, səhnə əsərlərini əks etdirən şəkillər maraqla qarşılanıb.

Sonda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva muzeyin xatirə kitabına göstərdikləri yüksək xidmətə görə öz minnətdarlığını qeyd edib.

baku-art.az

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə ekskursiya təşkil edib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə ekskursiya təşkil edib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə ekskursiya təşkil edib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə ekskursiya təşkil edib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə ekskursiya təşkil edib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə ekskursiya təşkil edib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə ekskursiya təşkil edib
Oxunma sayı : 178