az
Bütün xəbərlər

C.Hacıyev adına 3 nömrəli 11illik musiqi məktəbi “We are the world” adlı konsert təqdim edəcək

11-02-2019, 10:39
C.Hacıyev adına 3 nömrəli 11illik musiqi məktəbi “We are the world” adlı konsert təqdim edəcək


Fevralın 12-də, saat 19:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli 11illik musiqi məktəbi Beynəlxalq Muğam Mərkəzində “We are the world” adlı konsert təqdim edəcək.

Konsertdə məktəbin “Renessans”, “Cırtdan”,“Divizi” xorlarının, “Melody” vokal qrupunun, eyni zamanda vokal və estrada oxuma ixtisasları üzrə təhsil alan şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının, eləcə də xarici ölkə bəstəkarlarının müxtəlif janrlarda yazılmış əsərləri “Hotplay” musiqi qrupunun müşayiəti ilə ifa olunacaq.


baku-art.az
Oxunma sayı : 139