Mərdəkan Mədəniyyət sarayında Azərbaycan Gürcüstan dostluğuna həsr edilmiş Festival keçirilib
Noyabrın 25-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mərdəkan Mədəniyyət sarayında Azərbaycan Gürcüstan dostluğuna həsr edilmiş Festival keçirilib.
Festivalda Gürcüstanın "İlori" rəqs ansamblının ifasında "Xorumi", "Kantri", "Çdo", "Mtuliuri" rəqsləri, Azərbaycanın "Lalələr" rəqs ansamblının "Cəngi", "Sarı gəlin", Məşəl rəqs ansamblının "Yüz biri" rəqsləri tamaşaçıların rəğbətini qazanıb.
"Can bala" qrupunun solisti Xədicə Əhmədovanın, Mərdəkan Mədəniyyət sarayının balaca aktyorları Sübhanə Müslümova və Mehran Məmmədovanın şən ifaları alqışlarla qarşılanıb.
Sonda tədbir iştirakçıları diplomlarla təltif olunublar.