XƏBƏRLƏR
MƏLUMAT
Teatr 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Milli Onkologiya Mərkəzində yatan uşaqların görüşünə gedib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2022 06:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının aktyorları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Milli Onkologiya Mərkəzində yatan uşaqları ziyarət ediblər.

Aktyorların bu təşəbbüsləri uşaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Bakı Uşaq və Gənclər Teatrının aktyorlarından Toğrul İsabəyli, Sənan Fərzəliyev, Emin Balayev və II Qarabağ Müharibəsinin iştirakçısı, teatrın aktyoru Röyal Allahverdiyev iştirak edib.

Baxış sayı: 652