XƏBƏRLƏR
MƏLUMAT
"Neftçilər" parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2019 16:32

Mayın 6-da Bakı şəhər Mədəniyyət Baş Idarəsi Qurban Abbasov adına Mədəniyyət sarayının yaradıcı kollektivinin iştirakı ilə Qaraçuxur qəsəbəsində yerləşən "Neftçilər" parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə sarayda fəaliyyət göstərən “Rəssamlıq” kursu üzvlərinin rəsmlərindən ibarət sərgi nümayiş olunub.

Tədbiri giriş sözü ilə Sarayin bədii rəhbəri Bəhiyyə Nağıyeva açaraq Qaraçuxur qəsəbə sakinlərini və tədbir istirakcilarını salamlayıb və dahi şəxsiyyətə həsr olunmuş şeir səsləndirib.

Tədbirdə Sarayda fəaliyyət göstərən "Fidan" rəqs kollektivi, "Xəzər" bədii qiraət dərnəyinin üzvləri, “Saz” kursunun üzvləri, “Xanəndə” kursunun rəhbəri Ülkər Orucova və tələbələri rəngarəng konsert proqramı ilə çıxış ediblər. 

Tədbirin yekununda "Yaşa, mənim xalqım "mahnısı səsləndirilib.

 

Baxış sayı: 60063