XƏBƏRLƏR
MƏLUMAT
22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
11/10/2023 10:40

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri 29 sentyabr-8 oktyabr tarixlərində Qazaxıstan və İtaliya ölkələrinin təşkilatçılığı ilə onlayn keçirilən  "Dolce Musica" IV Beynəlxalq Vokal-İnstrumental Müsabiqəsində uğurla çıxış ediblər.

Müsabiqədə məktəbin V sinif şagirdi Fuad Abbaszadə (müəllim L.Əhədova) fortepiano solo nominasiyasında V.Fomenkonun "Böyük caz orkestri" əsəri ilə çıxış edərək 1-ci dərəcəli lauteat adına ,VII sinif şagirdi Nuray Əhədzadə və Ləman Əhədova fortepiano duet, müəllim və şagird nominasiyasında A.Sfasmanın "Qar dənəcikləri" əsəri ilə çıxış edərək Qran-Pri mükafatına layiq görülüblər. 

Qeyd edək ki, müsabiqədə Latviya, Litva, Qazaxıstan və İtaliyadan iştirakçılar çıxış ediblər.

Baxış sayı: 510