XƏBƏRLƏR
MƏLUMAT
“Dörd əkizin nağılı” tamaşası onlayn göstəriləcək
ÜMÜMİ XƏBƏRLƏR
03/12/2020 03:01

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə onlayn nümayiş olunacaq.

Dekabrın 5-də təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.

Saat 12:00-da göstəriləcək səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.

Qeyd edək ki, “Dörd əkizin nağılı” tamaşası uşaqlar üçün nəzərdə tutulub.

 

Baxış sayı: 400