XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrı qazi və şəhid ailələrinin qonağı olub
ÜMÜMİ XƏBƏRLƏR
07/09/2021 06:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Sanator-Kurort Reabilitasiya Mərkəzində qazi və şəhid ailələrinin qonağı olub.

Vətənimizin azadlığı uğrunda öz canlarını fəda etmiş ataların və onların övladlarının qayğısına qalmaq hər birimizin borcudur.

Tədbirdə Bakı Uşaq və Gənclər Teatr aktyorları müxtəlif nağıl qəhrəmanlarını canlandırıb, sehrbaz Tofiq əminin fokusları  uşaqların marağına səbəb olub.

İlhamə Əhmədova və Rauf Hüseynlinin aparıcılığı ilə keçirilən tədbirdə teatrın aktrisası Əfruz Əliyevanın ifasında musiqi nömrələri, aktyorlar Türkan Şahmarlı, Qurban Əhmədov, Gülnar Əlizadə, Sənan Fərzəliyev, Rəhimə Abdinova, Röyal Allahverdiyevin ifasında səhnəciklər təqdim olunub.

Baxış sayı: 464