XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrı “Qaliblər” düşərgəsində şou proqram təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
07/07/2021 05:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı və “FOR AZERBAIJAN” Beynəlxalq Təşkilatının dəstəyi ilə şəhid ailələrinin övladları üçün keçirilən “Qaliblər” düşərgəsi layihəsi çərçivəsində şou proqram təşkil edib. 

Teatrın aktyorları  Niyaz İlyasoğlu və Mehman Piriyevin  aparıcılığı ilə keçən tədbirdə sehrbaz Tofiq əmi maraqlı illuziya, Zeynəb Kəngərli, Əfruz Əliyeva, Ədalət Ağaverdizadənin ifasında musiqi nömrələri, Könül Şahbazova, Natiq Fərzəliyev, Gülər Ləzgiyeva, Türkan Şahmarlı, Nərminə Məhərrəmova, Sənan Fərzəliyev, Toğrul İsabəyli, Rəhimə Abdinova və Emin Balayevin ifasında isə tamaşalardan kiçik parçalar, rəqslər nümayiş olunub. 

Uşaqlarla müxtəlif interaktiv oyunlar keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.

“Biz -Qaliblərik”  devizi altında keçən tədbir uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Baxış sayı: 428